Ronaldo “Çelsi”yə lazım olmadı
12.09.2022 - 23:06
Ronaldo “Çelsi”yə lazım olmadı

“Çelsi” Kriştiano Ronaldonu transfer etməyəcək.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu portuqaliyalı hücumçunun qışda heyətə qatmaq fikrində deyil.

37 yaşlı futbolçunun hələ yayda “Mançester Yunayted”dən London klubuna keçidi gündəmdə idi. Lakin həmin vaxt “Çelsi”nin baş məşqçisi olan Tomas Tuxel Ronaldo deyil, Pyer-Emerik Obameyanqın alınmasını tələb edib. Amma almaniyalının postunu tərk etməsindən sonra da portuqaliyalı transfer olunmayacaq.

Qeyd edək ki, Kriştiano mövsümün 7 oyununda qol vurmayıb. 
 

writer photo
Əlirza Əlirzalı
0