Aqil Məmmədovun durumuna aydınlıq gəldi
02.07.2023 - 15:04
“Matç TV Kuboku”nda “Zenit”lə görüşdə zədələnən Aqil Məmmədovun vəziyyəti ciddi deyil.
Apasport.az saytı xəbər verir ki, bu barədə klubun həkimi məlumat verib.
Oyuna sonradan daxil olan qapıçı zədə üzündən 90-cı dəqiqədə meydanı tərk etdib. İlkin müayinədən sonra Məmmədovun bir neçə gün komandanın məşqlərində iştirak etməyəcəyi bildirilib: “Aqil oyun zamanı epiqastral nahiyəyə kəskin zərbə almışdı. Hazırda vəziyyəti stabildir. Sadəcə, məşqlərdən bir neçə günlük azad olunub”.
Qeyd edək ki, “Neftçi” “Zenit”lə oyunda 1:3 hesabı ilə uduzub.
0
0