Ayxan Abbasov istefaya göndərildi - RƏSMİ
28.05.2024 - 20:59
Ayxan Abbasov istefaya göndərildi - RƏSMİ

“Turan Tovuz” baş məşqçisi Ayxan Abbasovla yollarını ayırıb.

Apasport.az xəbər verir ki, bu barədə Tovuz klubu məlumat yayıb.

Tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam veriblər. Abbasov "Turan Tovuz"da 2 il fəaliyyət göstərib. 2022/2023 mövsümündə komanda 39, 2023/2024 mövsümündə isə 46 xal toplayaraq, çempionatı 6-cı pillədə başa vurub.

writer photo
Əlirza Əlirzalı
0