Vinisius "Çelsi"dən daha çox cərimə meydançasında topla oynayıb
13.04.2023 - 01:33
UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin Madriddə keçirilən "Real" – "Çelsi" oyununda Vinisius Juniorun rəqib cərimə meydançası daxilində topla 19 dəfə oynadığı müəyyən edilib.
Apasport.az xəbər verir ki, bu ümumilikdə "Çelsi" futbolçularının matç ərzində "Real"ın cərimə meydançası daxilində topla təmasda olmasından çoxdur.
Belə ki, London komandasının futbolçuları cəmi 10 dəfə "Real"ın cərimə meydançası daxilində topa toxunuş edə bilib.
Qeyd edək ki, matç "Real"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu matçda braziliyalı futbolçu 2 qolun məhsuldar ötürməsinə imza atıb.
0
0