Beynəlxalq dərəcəli köməkçi hakim Sevda Nuriyeva UEFA-dan təyinat alıb.
Apasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 17 yaşadək qadın futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin ikinci turu çərçivəsində Niderlandda keçiriləcək A liqasının V qrupunun oyunlarında köməkçi hakim funksiyasını yerinə yetirəcək.
Oyunların təqvimi:
14 mart
İspaniya – Türkiyə
Baş hakim: Joanna Vassalo (Malta)
Baş hakimin köməkçiləri: Sevda Nuriyeva, Van Gilst (Niderland)
Dördüncü hakim: Sterre Biylsma (Niderland)
17 mart
Niderland – Türkiyə
Baş hakim: Nanna Lof Andersen (Danimarka)
Baş hakimin köməkçiləri: Anna Şmidt (Danimarka), Sevda Nuriyeva
Dördüncü hakim: Joanna Vassalo (Malta)
20 mart
Türkiyə – Ukrayna
Baş hakim: Joanna Vassalo (Malta)
Baş hakimin köməkçiləri: Sevda Nuriyeva, Van Gilst (Niderland)
Dördüncü hakim: Sterre Biylsma (Niderland)