Baqanın qızı Azərbaycan yığmasında, həyat yoldaşı federasiyada
20.09.2022 - 11:27
Baqanın qızı Azərbaycan yığmasında, həyat yoldaşı federasiyada

“Sumqayıt”ın baş məşqçisi Aleksey Baqanın qızı Azərbaycan yığmasına cəlb olunub.

Apasport.az “sportinfo”ya istinadən məlumat verir ki, belaruslu çalışdırıcının 12 yaşlı övladı artıq bədii gimnastika üzrə komandanın üzvüdür.

Ötən ilin dekabrından ölkəmizdə olan “kimyaçılar”ın sükançısının xanımı Natalya Baqa da burada işlə təmin olunub. 41 yaşlı mütəxəssisin həyat yoldaşı Azərbaycan Gimnastika Federasiyasında fəaliyyət göstərir. O, bədii gimnastika üzrə komandada məşqçi olaraq çalışır.

Natalya Baqa ölkəmizə gələnədək də Belarusda bu sahə üzrə işləyib.
 

writer photo
Əlirza Əlirzalı
0