Elçin Məsiyev “Bavariya”nın oyununda
22.11.2023 - 15:48
Azərbaycanlı FİFA hakimi Elçin Məsiyev növbəti təyinatı alıb.
Apasport.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
O, Gənclər Liqasının A qrupunda “Bavariya” (Almaniya) – “Kopenhagen” (Danimarka) oyununun baş hakimi olacaq. Məsiyevə Pərvin Talıbov və Rəhman İmami kömək edəcəklər. Dördüncü hakim funksiyasının Michael Bacher (Almaniya) yerinə yetirəcək.
Qeyd edək ki, görüş noyabrın 29-da Münhendə keçiriləcək.
0
0