İdmançımız Sofiyada ikinci yer tutdu
15.02.2024 - 17:22
İdmançımız Sofiyada ikinci yer tutdu

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatı davam edir.

Apasport.az xəbər verir ki, 43 ölkədən 402 atletin (202 kişi + 200 qadın) iştirak edəcəyi yarışda Azərbaycan yığma komandasının üzvləri də çıxış edirlər.

Bu gün onlardan daha biri – Ömər Cavadov körpücük üzərinə qalxıb. O, 73 kq çəki dərəcəsinin B qrupunda qüvvəsini sınayıb.

Ömər toplam 318 kq (152+166) nəticə ilə B qrupunda 2-ci yeri tutub.

Atletimizin yekun sıralamadakı yeri bu çəki dərəcəsinin A qrupunda çıxışlar başa çatandan sonra məlum olacaq.

writer photo
Əlirza Əlirzalı
0