"Turan Tovuz"un "Sabah"la oyunda ağır zədə alaraq meydanı tərk edən futbolçusu Denis Marandiçi dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Apasport.az xəbər verir ki, zədəsi ağır olduğundan moldovalı müdafiəçi ilkin təcili yardımdan sonra Mərkəzi Klinika Gəncə Xəstəxanasına çatdırılıb.
Fibula sümüyünün tam yerini dəyişmiş sınığı və tibia sümüyünün yerdəyişməmiş sınığı aşkarlanan futbolçunun ayağı gipsə qoyulub.
Klub həkiminin və xəstəxananın rəyinə əsasən futbolçunun Bakı şəhərində əməliyyat olunması nəzərdə tutulub.
Qeyd edək ki, əməliyyatın vaxtı ayağa toplanan hematomanın sovrulmasından sonra mümkün olacaq. Ehtiyac duyularsa futbolçunun əməliyyatı ölkə xaricində həyata keçiriləcək.