"Qarabağ" millinin üzvünü transfer edir - Özəl
07.12.2023 - 13:20
"Qarabağ" millinin üzvünü transfer edir - Özəl

“Qarabağ” Azərbaycan milli komandasının üzvü üçün hərəkətə keçib. 

Apasport.az saytına verilən məlumata görə, Ağdam klubu “Qəbələ”nin formasını geyinən Emil Səfərovu heyətinə qatmaq niyyətindədir. 

Azərbaycan çempionu gənc futbolçunu yayda transfer etməyi planlaşdırır. Bunun üçün qarşı tərəfə müəyyən pul da ödənəcək. “Qəbələ” ilə müqaviləsi 2025-ci il iyunun 30-na qədər olan Səfərovun “Qarabağ”a keçib-keçməyəcəyi yayda dəqiqləşəcək. 

Əldə edilən məlumata görə, “Qəbələ” Səfərov üçün 200 min manatdan çox təzminat tələb edəcək.

writer photo
Əlirza Əlirzalı
0