Azərbaycan – Estoniya oyununun hakimləri açıqlanıb.
Apasport.az saytının məlumatına görə, AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində baş tutacaq matçı çexiyalı ədalət təmsilçiləri idarə edəcək.
İyunun 17-də keçiriləcək qarşılaşmanın baş hakimi Andrey Berka olacaq. Ona İvo Nadvornik və Kamil Hayek kömək edəcək.
Dördüncü hakim funksiyasını Dalibor Çerni yerinə yetirəcək. “Dalğa Arena”dakı qarşılaşmanın VAR hakimi fransalı Benoit Millot, onun assistenti çexiyalı Miroslav Zelinka olacaq. O, “Qarabağ”ın Avropa Liqasının qrupunda “İnter”ə qarşı oyununda vurulan qolu saymamaqla təmsilçimizin yolunu kəsən qalmaqallı çexiyalı referi kimi tanınır. Görüşün hakim-inspektoru israilli Alon Yefetdir.
Qeyd edək ki, yığmamız seçmə mərhələdə keçirdiyi hər iki qarşılaşmada uduzub.