“Real”ın prezidenti əməliyyat olundu
25.10.2022 - 16:39
“Real”ın prezidenti əməliyyat olundu

“Real”ın prezidenti Florentino Peres əməliyyat olunub.

Apasport.az saytının “Marca”ya istinadən məlumatına görə, əməliyyat uğurlu alınıb.

75 yaşlı futbol funksionerinin ağciyər xəstəliyi olub və onun ağciyər düyünü çıxarılıb. Əməliyyat bu gün Madriddəki xəstəxanalardan birində baş tutub. Peresin bir neçə gündən xəstəxanadan çıxacağı bildirilib.

Qeyd edək ki, Peresin rəhbərlik etdiyi “Real” hazırda 31 xalla İspaniya La Liqasında turnir cədvəlinə ilk pilləsində yer alır.
 

writer photo
Əlirza Əlirzalı
0