Misli Premyer Liqasının III turunun mərkəzi oyununda liderlər qrupunda qərarlaşan “Sabah”la “Neftçi” üz-üzə gələcək.
Apasport.az saytının məlumatına görə, əcnəbi baş məşqçilərin iştirakı ilə baş tutacaq paytaxt derbisi xarici bukmeker və proqnozsevərlərin də maraq dairəsindədir.
Rusiyanın tanınmış “scores24” saytının ekspertlər qrupu da görüş öncəsi şansları dəyərləndirib. Mütəxəssislər qarşılaşmaya mərc üçün ən yaxşı variantı da müəyyənləşdirib:
Görüşün maraqlı hadisələrlə zəngin olacağına şübhə yoxdur. Bunadək baş tutan 17 dueldə “Sabah” cəmi 1, “Neftçi” 13 dəfə qalib gəlib. Üç matçda isə güclünü müəyyənləşdirmək olmayıb. Bu il aprelin 16-dakı son dueldə “Neftçi” 1:0 hesabı ilə qalib gəlib. Top fərqində də üstünlük böyükdür – 32-10.
Bu görüşədək “Sabah” 2 oyun keçirib və 6 xal toplayıb. Premyer Liqada 1-ci pillədə qərarlaşan komanda xal itirməyib. Paytaxt təmsilçisinin liderlər sırasında olmasını statistika da göstərir: orta hesabla 3,0 qol vurulub, 0,5 buraxılıb. “Sabah”ın hücum xətti 16-30-cu dəqiqələrdə daha təhlükəlidir. Komanda hər iki görüşün bu bölümündə fərqlənib.
Əksər komandalar Premyer Liqadakı liderliyi yalnız xəyal edə bilər. “Neftçi” isə hazırda 6 xalla ikinci yerdədir. 2 görüşün hər birində qalib gələn komanda xal itirməyib. Orta hesabla hər matçda 3,0 dəfə fərqlənən bakılılar 1,0 qol buraxır. Onlar əsasən ilk 15 dəqiqədə daha məhsuldar olur. Qolların yarısı bu bölümdə vurulub.
Çox sayda statistik göstəriciləri analiz etdikdən sonra hər iki komandanın güclü və zəif tərəflərini görmək olar. Tam aydındır ki, hər iki komanda derbiyə yalnız bir məqsədlə - 3 xal üçün çıxacaq. Buna kimin nail olacağını bilmirik. Amma mərc üçün ən yaxşı variantı bilirik. Qarşılaşmada 2,5-dən az qol vurulacaq. Bunun üçün 1,87 əmsal da cəlbedicidir.
Proqnoz: Alt