Millətlər Liqasına uğursuz başlayan Azərbaycan yığması Qazaxıstandakı məğlubiyyətlə FİFA reytinqində də xal itirib.
Apasport.az saytının məlumatına görə, C liqasının oyununda 0:2 hesabı ilə uduzan Canni de Byazini yetirmələri 7,4 xal itkisi ilə üzləşib.
Bu da son siyahıda 1127 xalla dünyanın 129-cusu olan millimizə geriləmə vəd edir. Düzdür, qarşıda vəziyyəti düzəltmək üçün daha üç matç var.
Amma indiki durumda canlı cədvələ baxsaq, yığmanın reytinq xalı 1119,6-ya qədər azalıb. Bu da artıq bir pilləlik geriləmə deməkdir.
Onlayn sıralamada artıq 130-cu yerə yuvarlanan de Byazinin yetirmələri Tanzaniyadan da geri düşüb. Bu Afrika təmsilçisinin aktivində 1123,8 xal var.
Qeyd edək ki, millimiz iyunun 6-da Belarusun qonağı olacaq, 10-da Slovakiyanı, 13-də Belarusu qəbul edəcək.