Lisenziya aldıqdan sonra Premyer Liqada oynamaq şansı yaranan “Zaqatala” baş məşqçi postunda dəyişik etməyə hazırlaşır.
Apasport.az saytının məlumatına görə, I divizion təmsilçisi elitaya yüksəlsə, Rüstəm Məmmədovla vidalaşacaq.
Onu bu postda əvəzləməyə əsas namizəd də müəyyənləşib. Zaqatalalılar “Səbail”in sabiq baş məşqçisi Aftandil Hacıyevin xidmətində maraqlıdır.
Əgər komanda Premyer Liqaya buraxılsa, “sükanın arxası”na 42 yaşlı mütəxəssis keçəcək. Bir müddət əvvəl “Qarabağ”ın futbol akademiyasında direktor vəzifəsi təklifindən imtina edən Hacıyev baş məşqçi kimi fəaliyyət göstərmək niyyətindədir.
Qeyd edək ki, əvvəllər “Səbail”i çalışdıran mütəxəssis 2018/19 mövsümündə komandasına Premyer Liqada bürünc medal qazandırıb.