16 yaşadək oğlan basketbolçular arasında Avropa çempionatının C divizionunda qrup mərhələsi davam edir.
Apasport.az xəbər verir ki, Albaniyanın paytaxtı Tiranada keçirilən turnirdə II turun matçları keçirilib.
A qrupunda mübarizə aparan Azərbaycan millisi Moldova komandası ilə üz-üzə gəlib. Startda Albaniyaya uduzan millimiz bu dəfə qələbə qazanıb. Basketbolçularımız yalnız 2-ci periodda rəqibin ciddi müqaviməti ilə üzləşiblər. İkinci hissədə rəqibə cəmi 18 xal qazanmaq şansı verən komandamız 78:55 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, yığmamız iyulun 11-də saat 16:30-da Malta ilə qarşılaşacaq.
U-16-lar (oğlanlar) arasında Avropa çempionatı
C divizionu, A qrupu
II tur, 10 iyul
16:30. Azərbaycan – Moldova - 78:55 (20:11, 9:26, 23:9, 26:9)
Feti Borova Milli Olimpiya Mərkəzi