Futbol üzrə Amerika Kubokunda III turun növbəti oyunları keçirilib.
Apasport.az xəbər verir ki, ABŞ-da təşkil olunan turnirin B qrupunda Meksika Ekvadorla qarşılaşıb.
Görüş qolsuz bitib.
Qrupun digər oyununda isə Venesuela millisi Yamaykanı üstələyib - 3:0.
Bu nəticələrdən sonra Venesuela (9 xal) və Ekvador (4 xal) komandaları 1/4 finala vəsiqəni təmin ediblər.
Növbəti mərhələdə A qrupunun birincisi Argentina B qrupunun ikincisi Ekvadorla üz-üzə gələcək. Digər qarşılaşma isə A qrupunun ikincisi Kanada ilə B qrupunun birincisi Venesuela arasında baş tutacaq. Argentina - Ekvador matçı iyulun 4-də, Venesuela - Kanada qarşılaşması isə 5-də keçiriləcək.