Bu gün DÇ-2022-də bürünc mükafatçının adı bəlli olub.
Apasport.az saytının məlumatına görə, 3-cü yer uğrunda matçda Xorvatiya və Mərakeş üz-üzə gəlib.
Yarımfinalın uğursuzları “üçlük”də qərarlaşmaq üçün mübarizə aparıb. Qətərdəki mundiala eyni qrupda başlayan rəqiblər ikinci dəfə görüşüb. İlk qarşılaşmada qalib müəyyənləşməsə də, bu dəfə matç qollu keçib. Xorvatiya 2:1 qalib gələrək 2-ci dəfə dünya üçüncüsü olub. Həmçinin, Zlatko Daliçin yetirmələri bununla ardıcıl 2-ci mundialı medalla tamamlayıb.
Qeyd edək ki, DÇ-2022-yə sabah baş tutacaq final görüşü ilə yekun vurulacaq. Həlledici matçda Fransa və Argentina görüşəcək.
DÇ-2022
3-cü yer uğrunda oyun
17 dekabr
19:00. Xorvatiya – Mərakeş - 2:1
Qollar: Yoşko Qvardiol, 7. Mislav Orşiç, 42 – Əşrəf Dari, 9