Azərbaycanın daha iki təmsilçisi akademik avarçəkmə, kayak və kanoe üzrə "Mingəçevir reqatası-2024” beynəlxalq turnirində medal qazanıblar.
Apasport.az xəbər verir ki, Amil Ramazanov qızıl, Cavid Vəlizadə bürünc mükafata sahib çıxıblar.
Onlar Aşağı Köndələnçay su anbarındakı yarışda fərqləniblər.
A.Ramazanov 2006-2007 təvəllüdlü idmançıların mübarizəsində 200 metr məsafəyə kayakla mübarizədə birinci olub.
C.Vəlizadə isə 2008-2009 təvəllüdlü idmançılar arasında 200 metr məsafəyə kanoe yarışında üçüncü olub.
Qeyd edək ki, reqata oktyabrın 18-də başa çatacaq. Ötən gün Azərbaycan təmsilçiləri Mingəçevirdəki turnirdə 9 medala yiyələniblər.