Şahmatçımız beynəlxalq turnirdə liderlər sırasındadır
19.07.2024 - 12:31
Şahmatçımız beynəlxalq turnirdə liderlər sırasındadır

Azərbaycanın 2 şahmatçısı Serbiyada təşkil olunan "Belqrad Open" turnirində iştirak edir.

Apasport.az xəbər verir ki, 6 turdan sonra Eltac Səfərli liderlər qrupunda qərarlaşıb. Aktivində 5 xalı olan 32 yaşlı qrosmeyster 1-5-ci yerləri bölüşdürür.

Fərid Orucov isə 3 xalla 72-ci sırada yer alıb.

Qeyd edək ki, mükafat fondu 30 000 avro olan beynəlxalq turnirə iyulun 21-də yekun vurulacaq.

writer photo
Əlirza Əlirzalı
0