Ali Koç barəsində cinayət işi açıla bilər
20.05.2024 - 12:59
Ali Koç barəsində cinayət işi açıla bilər

Super Liqa təmsilçisi "Qalatasaray"ın prezidentliyə namizədi Süheyl Batum "sarı-qırmızılı" komandanın "Fənərbaxça"ya uduzduğu matçdan sonra baş verən dava ilə bağlı açıqlama verib.

Apasport.az xəbər verir ki, Batum, "Fənərbaxça"nın prezidenti Ali Koç barəsində şikayətçi olacaqlarını bildirib. 

Ali Koç və klubun digər nümayəndələri təhdid, qəsdən sağlamlığa xəsarət yetirmə, təhqir və ictimaiyyətə nifrət aşılamaları maddələri ilə ittiham olunacaqlar. 

Qeyd edək ki, gərgin qarşılaşma meydanda 10 nəfər qalan "Fənərbaxça"nın xeyrinə başa çatıb - 0:1. 

 

writer photo
Əlirza Əlirzalı
0