AVRO-2024: Pley-offun iştirakçıları müəyyənləşdi
22.11.2023 - 09:51
AVRO-2024: Pley-offun iştirakçıları müəyyənləşdi

AVRO-2024-ün seçmə mərhələsi başa çatdıqdan sonra pley-offun iştirakçıları dəqiqləşib.

Apasport.az xəbər verir ki, Almaniyadakı final mərhələsinə son üç vəsiqə üçün 12 komanda mübarizə aparacaq.

Millətlər Liqasının A liqasının iki, D liqasının bir komandası A yolunda mübarizə aparacaq. Bura B liqasının bir iştirakçısı da qoşulacaq.

Gücünə görə ikinci olan dəstədən 5 komanda pley-offda oynayacaq. Onlardan ikisi B yolunda qüvvəsini sınayacaq. 

Üç yığma – Ukrayna, Finlandiya və İslandiyanın hansı yol üzrə mübarizə aparacağı dəqiqləşməyib. Onlardan biri A, ikisi B yolunda yer alacaq. Bunu püşk müəyyənləşdirəcək.

C liqasının 4 komandası isə C yolunda qüvvəsini sınayacaq. Noyabrın 28-dəki püşkatmada həm də final oyunlarının meydan sahibi bəlli olacaq. Gələn il baş tutacaq pley-offun yarımfinal matçları martın 21-də, finallar 5 gün sonra keçiriləcək.

AVRO-2024-ün pley-offu
Yarımfinal, 21 mart 2024-cü il
A yolu

Polşa – Estoniya
Uels – Ukrayna/Finlandiya/İslandiya

B yolu
İsrail – Ukrayna/Finlandiya/İslandiya
Bosniya və Herseqovina – Ukrayna/Finlandiya/İslandiya

C yolu
Gürcüstan – Lüksemburq
Yunanıstan - Qazaxıstan
 

writer photo
Əlirza Əlirzalı
0