“Beşiktaş”ın istəyi
26.04.2023 - 18:14
“Beşiktaş” yeni mövsümdə heyəti gücləndirməyi planlaşdırır.
Apasport.az saytı xəbər verir ki, İstanbul təmsilçisində əsas hədəf “Karagümrük”ün italiyalı hücumçusu Fabio Borinidir.
Mövsümün sonunda klubu ilə müqaviləsi başa çatacaq 32 yaşlı futbolçunun da “qara qartal”da oynamaq istədiyi bildirilir. Yaxın günlərdə danışıqların başlaması gözlənilir.
Qeyd edək ki, bu mövsüm “Karagümrük”də 27 Super Liqa matçına çıxan Borini 19 qol və 8 assistlə yadda qalıb.
0
0