Türkiyə Super Liqasının 20-ci həftəsində "Fənərbaxça" səfərdə "Qaziantep"i 1:0 məğlub edib.
Apasport.az xəbər verir ki, Serdar Aziz zədələndikdən sonra 38-ci dəqiqədə oyuna daxil olan Leonardo Bonuççi ilk dəfə "sarı-göylü" komandanın formasını geyinib.
"Fənərbaxça"da transferi yeni başa çatan italyan müdafiəçi yeni klubunda çempionluq və ya kubok qazanmaq arzusunda olduğunu bildirib: "Hər kəsə minnətdaram. Edin Ceko və Duşan Tadiçlə gələcək qərarımı müzakirə etdim. Onlardan eşitdiklərim seçimimə təsir etdi. Mən öz təcrübəmi göstərmək istəyirəm. Karyeramın son mərhələsindəyəm və onu kubokla başa vurmaq istəyirəm".
Qeyd edək ki, italiyalı yanvarın 11-də "Union Berlin"dən "Fənərbaxça"ya keçib.