Liqa 1 təmsilçilərindən “Monpelye”də baş məşqçi Mişel der Zakaryan ilə yollar ayrılıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun prezidenti Loran Nikolen yerli mətbuata açıqlama verib.
O, erməni mütəxəssisin qovulduğunu bildirib.
Xatırladaq ki, Zakaryanın komandası ötən gün Fransa çempionatının 8-ci turunda “Marsel”ə 0:5 hesabı ilə məğlub olub.
Mişel Der Zakaryan 2022-ci ildən "Monpelye" klubunun baş məşqçisi vəzifəsində çalışırdı.
Qeyd edək ki, Mişel Der Zakaryan bu mövsüm "Monpelye" klubu ilə çıxdığı 8 oyunda bir dəfə qalib gəlib, bir dəfə heç-heçə edib, qalan oyunlarda isə məğlub olub. “Monpelye” 8 turdan sonra 4 xalla 18 komanda arasında sonuncudur.