Əfsanəvi futbolçu: “Onlar bazarı korlayır”
29.11.2022 - 22:36
Əfsanəvi futbolçu: “Onlar bazarı korlayır”

“Bavariya”nın sabiq sədri Karl-Haynts Rummenigge böyük pulların transfer bazarına təsiri ilə bağlı fikirlərini bölüşüb.

Apasport.az saytının məlumatına görə, əfsanəvi futbolçu bu məsələdə “Mançester Siti” və PSJ-ni tənqid edib.

O, adıçəkilən komandaların yüksək məbləğlər təklif edərək, oyunçuların transfer qiymətini şişirdiyini düşünür: “Mançester Siti” və PSJ bazarı korlayır. Transfer məsələsi hər il daha çox nəzarətdən çıxır. “Bavariya”nın fərqli fəlsəfəsi var. Otuz ildir müsbət balansımız var”.

Qeyd edək ki, Almaniya Bundesliqasına başçılıq edən “Bavariya” Çempionlar Liqasının 1/8 final mərhələsində PSJ ilə qarşılaşacaq.

writer photo
Əlirza Əlirzalı
0