Enrike futbolçusundan narazıdır
15.11.2024 - 11:44
Enrike futbolçusundan narazıdır

PSJ-nin baş məşqçisi Luis Enrike yarımmüdafiəçisi Fabian Ruizdən şikayətlənib.

Apasport.az xəbər verir ki, mütəxəssis hesab edir ki, Ruiz klubda İspaniya millisinin heyətində çıxış etdiyi matçlardan daha zəif oyun nümayiş etdirir.

PSJ yarımmüdafiəçidən irəliləyiş gözləyir.

Fabian Ruiz cari mövsümdə Fransa çempionunun heyətində 14 matçda 1 qol və 1 məhsuldar ötürmə edib. Futbolçu hazırda Millətlər Liqasında mübarizə aparan İspaniya millisinin heyətində 4 oyunda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

28 yaşlı futbolçu ötən mövsüm İspaniya yığması ilə Avro 2024-ün qalibi olub.

writer photo
Əlirza Əlirzalı
0