"Fənərbaxça" braziliyalı ilə yollarını ayırdı
09.02.2024 - 11:18
"Fənərbaxça" braziliyalı ilə yollarını ayırdı

"Fənərbaxça"nın braziliyalı yarımmüdafiəçisi Linkoln Henrike vətəninə qayıdıb. 

Apasport.az xəbər verir ki, bu barədə "sarı-lacivərd" klubun mətbuat xidməti məlumat yayıb. 

25 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər icarə əsasında “Braqantino” klubunda çıxış edəcək. Onun müqaviləsinə satın alma variantı da daxil edilib. 

Qeyd edək ki, bu mövsüm yalnız 1 rəsmi matçda meydana çıxan Linkoln aktivinə 1 qol və 1 asist yazdırıb. 

writer photo
Əlirza Əlirzalı
0