Haland Ronaldonu keçdi
30.10.2023 - 11:51
Haland Ronaldonu keçdi

Erlinq Haland Mançester derbisindəki qol sayında Kriştiano Ronaldonu geridə qoyub. 

Apasport.az xəbər verir ki, norveçli hücumçu sonuncu derbidə 2 dəfə fərqlənərək bu qarşılaşmalardakı qol sayını 4-ə çatdırıb. 

Bununla da 23 yaşlı gənc ulduz Mançester derbilərində 3 qol vuran Ronaldonu arxada qoyub. “Şəhərlilər”in forvardı həm də səfər oyunlarında 20 qola ən tez çatan oyunçu adını qazanıb. O, buna 23 matçda nail olub. 

Qeyd edək ki, “Mançester Yunayted” – “Mançester Siti” qarşılaşması “şəhərlilər”in 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 
 

writer photo
Əlirza Əlirzalı
0