Bu gün AVRO-2024-ün seçmə mərhələsi start götürür.
Apasport.az saytının məlumatına görə, F qrupunda mübarizə aparan yığmamız ilk oyununa sabah çıxacaq.
Canni de Byazinin yetirmələri il ərzində 8 matça çıxacaq. Yığmamızın ötən Avropa çempionatının seçmə mərhələsindəki Alt/Üst və Q/Q göstəriciləri maraq doğurur.
Millimiz AVRO-2020-nin seçmə mərhələsində ilk 4 görüşdə Üst oynayıb. Sonrakı 4 qarşılaşma isə Alt bitib. Yekunda bu göstəricidə tarazlıq qeydə alınıb.
Tsiklin bütün 8 oyununda qol buraxan yığmamız ilk 5 qarşılaşmada özü də fərqlənib. Nəticədə bu 5 matç Q/Q ilə nəticələnib. Mərhələni uç quru hesablı məğlubiyyətlə başa vuran komanda üç dəfə Y/Q ilə üzləşib.
Millimiz son AVRO-nun seçmə mərhələsində
Üst – 4
Alt – 4
Q/Q – 5
Y/Q - 3