“Yuventus”un sabiq hücumçusu Paulo Dibala özünə yeni klub tapa bilmir.
Apasport.az saytının məlumatına görə, argentinalı ulduz futbolçu danışıq apardığı klublarla maaşda anlaşmayıb.
Dibala yeni klubunda illik 6 milyon avro qazanmaq istəyir. Ancaq “İnter” ona 4-4,5 milyon avroluq təklif göndərib. Bu isə 29 yaşlı oyunçunun “Yuventus”dakı məvacibinin yarısıdır. “İnter” İtaliyada Dibala ilə danışıq aparan yeganə klub olsa da, maliyyə məsələsində tərəflər ortaq məxrəcə gələ bilməyib. Bu üzdən Milan təmsilçisi onun keçidindən imtina edib.
Futbolçunun menecerləri indi onun xidmətini başda “Mançester Yunayted” olmaqla İngiltərə klublarına təklif edir.