“İnter”dən Bastoni qərarı
25.05.2023 - 10:20
“İnter”dən Bastoni qərarı

“İnter” daha bir futbolçusu ilə müqaviləni uzadacaq.

Apasport.az saytının məlumatına görə, İtaliya klubu Alessandro Bastonini heyətində saxlamağa qərar verib.

24 yaşlı müdafiəçi ilə danışıqlara start verilib. Onun yeni anlaşması 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Milan təmsilçisi Bastoninin maaşı 5 milyon avro olacaq. O, əlavə bonuslar da qazana bilər.

Qeyd edək ki, “İnter” Hakan Çalhanoğlu ilə də müqaviləni uzadacaq.
 

writer photo
Əlirza Əlirzalı
0