“İnter”in transfer hədəfi
21.12.2023 - 19:07
“İnter”in transfer hədəfi

"İnter" yarımmüdafiə xəttini gücləndirməyi planlaşdırır.

Apasport.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Simone İnzaqi açıqlama verib.

“Neradzurri”nin hədəfindəki futbolçu “Brügge”nin üzvü Teycon Byukonendir. 

İtalyanlar Kanada millisinin də şərəfini qoruyan 24 yaşlı futbolçunun keçidi üçün qarşı tərəflə danışıqlara başlayıblar. “Transfermarkt” portalı futbolçuya 8 milyon avro qiymət qoyub.

Qeyd edək ki, bu mövsüm “Brügge”  ilə 20 matça çıxan cinah oyunçusu 3 qol vurub və 4 məhsuldar ötürmə edib.
 

writer photo
Əlirza Əlirzalı
0