“Mançester Yunayted”dən antirekord
21.09.2023 - 14:51
“Mançester Yunayted”dən antirekord

“Mançester Yunayted” antirekordunu təkrarlayıb. 

Apasport.az saytı xəbər verir ki, “Qırmızı şeytanlar” 44 ildən sonra ilk dəfə ardıcıl üç oyunda 3 qol buraxıb.

Erik ten Haqın komandası Premyer Liqada  "Arsenal" (1:3) və "Brayton"la (1:3), Çempionlar Liqasında isə "Bavariya" ilə (3:4) görüşdə qapısında 3 qol görüb. Mankunyanlar sonuncu dəfə 1978/79 mövsümündə belə zəif nəticə göstəriblər. 

Qeyd edək ki, “Bavariya”ya məğlubiyyət “Mançester Yunayted”in cari mövsümdə keçirdiyi 6-cı oyunda 4-cü uğursuzluğu oldu.

writer photo
Əlirza Əlirzalı
0