“Atletiko” baş məşqçi Dieqo Simeone ilə yeni müqavilə barədə danışıqlara başlamağı düşünür.
Apasport.az saytı xəbər verir ki, Madrid klubu oktyabrda ilkin təklif vermək niyyətindədər.
Argentinalı mütəxəssisin “Atletiko” ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. Hələlik, tərəflər yeni müqavilə bağlamağa tələsmirlər. Rəhbərlik 2011-ci ildə komandaya başçılıq edən Simeonenin işini davam etdirməsinin tərəfdarıdır. 53 yaşlı mütəxəssis isə gözləmə mövqeyinə üstünlük verir.
Qeyd edək ki, “Atletiko” mövsümə yaxşı başlayıb. Komanda 5 oyundan sonra 10 xal topayıb. Simeonenin yetirmələri son turda Madrid derbisində “Real”a 3:1 hesabı ilə qalib gəliblər.
Simone “Atletiko”da qalacaqmı?
27.09.2023 - 01:42
0
0