Mane PSJ ilə ilk matçı buraxacaq
23.01.2023 - 22:49
Mane PSJ ilə ilk matçı buraxacaq

Sadio Mane Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununu buraxacaq.

Apaasport.az saytının məlumatına görə, “Bavariya”nın vingeri PSJ ilə fevralın 14-də keçiriləcək matça hazır olmayacaq.

Münhen təmsilçisi zədədən sonra bərpa prosesi keçən seneqallının meydana tez dönməsini istəyir. Lakin onun ilk görüşdə iştirakı mümkünsüzdür. Sadio ən yaxşı halda cavab matçına hazır ola bilər. Futbolçunun tam bərpa olmadan meydana çıxması isə daha ağır nəticələnmək riski yaradır.

Qeyd edək ki, DÇ-2022 ərəfəsində zədələnən futbolçu bu üzdən Seneqal yığması ilə mundialda iştirak edə bilməyib.

writer photo
Əlirza Əlirzalı
0