“Şimal” klubunun UEFA Regionlar Kubokundakı rəqibləri müəyyənləşib
31.05.2024 - 15:57
“Şimal” klubunun UEFA Regionlar Kubokundakı rəqibləri müəyyənləşib

2024/2025 mövsümündə Azərbaycanı UEFA Regionlar Kubokunda təmsil edəcək “Şimal” komandasının rəqibləri bəlli olub.

Apasport.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, mübarizəyə ilkin mərhələdən başlayacaq komanda B qrupunda İsveçin “Qothenburq” və Gürcüstanın “Football School Bridge” kollektivləri ilə qarşılaşacaq.

Oyunlar 28 iyun - 4 iyul tarixləri aralığında Gürcüstanda təşkil olunacaq.

Qrupun qalibi birinci mərhələnin 4-cü qrupunda İrlandiya, İsveçrə və Şimali İrlandiya komandalarına rəqib olacaq. Bu mərhələnin görüşləri 21-27 oktyabr tarixlərində İsveçrədə keçiriləcək.

Qeyd edək ki, “Şimal” komandası 2023/2024 mövsümündə AFFA Region Liqasının qalibi olub.

writer photo
Əlirza Əlirzalı
0