Mendi finalda rəqiblərini dəstəkləyəcək
26.05.2022 - 21:50
Mendi finalda rəqiblərini dəstəkləyəcək

“Çelsi”nin qapıçısı Eduard Mendi Çempionlar Liqasının (ÇL) finalında dəstəkləyəcəyi komandanı açıqlayıb.

Apasport.az saytının məlumatına görə, seneqallı qolkiper həmyerlisi Sadio Manenin formasını geyindiyi “Liverpul”un həlledici qarşılaşmada “Real”a qalib gəlməsini arzulayır.

O, məhz Maneyə görə Premyer Liqadakı rəqiblərinin ÇL-i qazanmasını istədiyini bildirib:

“Sadionun Çempionlar Liqasını qazanmasını istəyirəm. O, “Qızıl top” uğrunda mübarizədə müstəsna mövsüm keçirir. Çempionlar Liqasının nəticəsi həlledici olacaq. Sadio əsas rəqibi Kərim Benzema ilə üz-üzə gələcək. Kim qalib gəlsə, “Qızıl top” şanslarını xeyli artıracaq.

Benzema dünyanın ən yaxşı hücumçularından biridir. O, uzun illərdir yüksək səviyyədə oynayır və indi əldə etdiyi hər şeyə layiqdir”.

Qeyd edək ki, “Liverpul” – “Real” oyunu mayın 28-də Parisdə keçiriləcək.
 

writer photo
Əlirza Əlirzalı
0