Ukrayna – Azərbaycan oyununun yeri dəqiqləşdi
16.10.2023 - 14:02
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Ukrayna yığmasına qarşı keçirəcəyi oyunun stadionu müəyyənləşib.
Apasport.az xəbər verir ki, bunu UEFA-nın mətbuat xidməti açıqlayıb.
U-21-lər arasında Avropa çempionatının seçmə mərhələsində baş tutacaq Ukrayna - Azərbaycan qarşılaşması İspaniyanın Mursiya şəhərində təşkil olunacaq. Noyabrın 21-də keçiriləcək matç “Nueva Condomina” stadionunda baş tutacaq.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
- Alman vurur, ingilis sevinir - 46 min 380 dollarlıq qazanc
- “Kəpəz”in kapitanı: "Neftçi"nin avrokuboklarda oynaması işimizə yaradı" - MÜSAHİBƏ
- “Fənərbaxça” – “Qalatasaray” oyunun hakimi açıqlandı
- "Formula 1"də birinci sərbəst yürüş başa çatıb - YENİLƏNİB
- “Qarabağ”, “Neftçi” və “Zirə” mükafatlandırıldı - FOTOLENT
0
0