Messi ərəblərə “qiymət oxudu” - 600 milyona
14.03.2023 - 14:54
Lionel Messi Səudiyyə Ərəbistanının “Əl Hilal” klubundan fantastik maaş tələb edib.
Apasport.az saytı xəbər verir ki, PSJ ilə müqaviləsi yayda bitəcək 35 yaşlı superulduz böyük pul müqabilində ərəblərlə razılaşa bilər.
Messi “Əl Hilal”ın formasını geyinmək üçün 600 milyon avro istəyir. Klub rəsmiləri hələlik tələbə cavab verməyiblər.
Qeyd edək ki, Messi ilə keçmiş klubu “Barselona” və ABŞ-nın “İnter Mayami” klublarının da yaxından maraqlandığı bildirilir.
0
0