Millinin hücumçusu klubunu dəyişir
25.04.2023 - 14:56
Millinin hücumçusu klubunu dəyişir

Almaniya millisinin futbolçusu Niklas Fülkruq klubunu dəyişməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, “Verder”in 30 yaşlı hücumçusu Mönhenqladbax “Borussiya”sına keçə bilər.

Transferin yayda reallaşacağı gözlənilir. Bremen klubu forvard üçün 20-25 milyon avro almaq istəyir. Hücumçu İtaliya və İngiltərədən də təkliflər alıb.

Qeyd edək ki, DÇ-2022-nin üç oyununda 2 qol vuran Fülkruq Bundesliqanın 28 matçında 16 dəfə fərqlənib.

writer photo
Əlirza Əlirzalı
0