Paytaxt klubu futbolçusuna 120 milyon qiymət qoydu
12.10.2022 - 22:33
Paytaxt klubu futbolçusuna 120 milyon qiymət qoydu

“Latsio” yarımmüdafiəçisi Sergey Milinkoviç-Saviçi satmağa hazırdır.

Apasport.az saytının məlumatına görə, bunu Roma klubunun prezidenti Klaudio Lotito açıqlayıb.

Klub rəhbəri Serbiya millisinin üzvünü yalnız mövsümün sonunda sata biləcəklərini söyləyib. O, həmçinin 27 yaşlı Saviçin qiymətini də deyib: “Mənim Sergeyin agenti ilə qış transfer pəncərəsi zamanı oyunçunu “Yuventus”a və ya başqa yerə satmaq barədə razılığım yoxdur. Hazırda Saviçin dəyəri 120 milyon avrodur. Onun qiyməti hər ay artır”.

Qeyd edək ki, Sergey Milinkoviç-Saviç “Latsio”nun heyətində bu mövsüm 12 oyunda 4 qol vurub, 7 məhsuldar ötürmə verib. O, “Yuventus”, “Liverpul” və PSJ başda olmaqla, Avropanın bir sıra top-klublarının maraq dairəsindədir.

writer photo
Əlirza Əlirzalı
0