Paytaxt klubunda yeni müqavilə
16.07.2022 - 23:38
Paytaxt klubunda yeni müqavilə

“Arsenal” yarımmüdafiəçisi Bukayo Saka ilə yeni müqavilə imzalamağa yaxındır.

Apasport.az saytının məlumatına görə, tərəflər arasında danışıqlar artıq son mərhələdədir

Hətta yeni sözləşmənin şərtləri ilə bağlı ilkin razılıq da var. Paytaxt klubu 20 yaşlı oyunçu ilə müqavilə müddətini 2027-ci ilin yayına qədər uzatmağı planlaşdırır. Onun hazırkı anlaşması 2024-cü ilə qədərdir.

Qeyd edək ki, “Arsenal”ın yetirməsi olan Bukayo Saka ötən mövsüm bütün turnirlərdə 43 oyunda 12 qol vurub, 7 məhsuldar ötürmə verib.

writer photo
Əlirza Əlirzalı
0