Polşa millisində itki
08.06.2024 - 11:33
Polşa millisində itki

Polşa millisinin futbolçusu Arkadiuş Milik Ukraynaya 3:1 hesabı ilə qalib gəldikləri yoldaşlıq matçında zədələnib. 

Apasport.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Mixal Probej məlumat verib.

30 yaşlı hücumçu zədə səbəbindən bu il Almaniyada keçiriləcək Avropa çempionatını buraxacaq.

Miliik başa çatan mövsümdə İtaliyanın "Yuventus" klubunun heyətində 36 matçda 8 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Polşa yığması 14 iyun - 14 iyul aralığından baş tutacaq AVRO-2024-ün D qrupunda Niderland, Avstriya və Fransa milliləri ilə üz-üzə gələcək.

writer photo
Əlirza Əlirzalı
0