"Qalatasaray" ÇL matçına ciddi itkilərlə çıxacaq
20.08.2024 - 13:15
"Qalatasaray" ÇL matçına ciddi itkilərlə çıxacaq

UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Yanq Boyz"la qarşılaşacaq "Qalatasaray" düşərgə heyətini açıqlayıb.

Apasport.az xəbər verir ki, Barış Alper Yılmazın qida zəhərlənməsi səbəbindən heyətdə olmadığı bildirilib. Bu barədə klubun mətbuat xidməti açıqlama yayıb: 

 "Ürəkbulanma, qusma, ishal şikayətləri olan və qida zəhərlənməsi aşkarlanan Barış Alper Yılmaz bu gün İsveçrəyə yollanan komanda heyətinə daxil edilməyib. Futbolçumuzun durumuna sabahkı qiymətləndirmədən sonra qərar veriləcək". 

Davinson Sançes isə zədə səbəbindən sabahkı matçda oynaya bilməyəcək.

Baş məşqçi Okan Burukun müəyyən etdiyi heyətdə aşağıdakı futbolçular yer alıb:

Fernando Muslera, Batuhan Şen, Günay Güvenç, Kerem Aktürkoğlu, Kerem Demirbay, Mauro İkardi, Dries Mertens, Yunus Akgün, Vilfrid Zaha, Leo Dubois, Derrik Köhn, Berkan Kutlu, Qabriel Sara, Hakim Ziyeş, Elias Jelsson, Viktor Nelson , Abdülkerim Bardakcı, Mişi Batşuayi, Ali Yeşilyurt, Ali Turap Bülbül, Efe Akman, Metehan Baltacı.

Qeyd edək ki, 21 avqustda keçiriləcək qarşılaşma Bakı vaxtilə saat 23:00-da baş tutacaq.

writer photo
Əlirza Əlirzalı
0