"Real Sosyedad"dan "Arsenal"a
27.08.2024 - 22:39
"Real Sosyedad"dan "Arsenal"a

İngiltərənin "Arsenal" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, London təmsilçisi "Real Sosyedad"dan Mikel Merinonu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Arsenal" 28 yaşlı dayaq yarımmüdafiəçisi üçün İspaniya klubuna 32 milyon avro təzminat ödəyib. İspan futbolçu Premyer Liqa klubu ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, "Real Sosyedad" Mikel Merinonu 2018-ci ilin iyul ayında "Nyukasl"dan transfer edib. İspaniya millisini ilə Avro-2024-ün qalibi olan orta xətt oyunçusu bu müddətdə La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 242 rəsmi matçda 27 qol və 30 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0