Rekordun üç addımlığında
27.11.2023 - 11:38
Rekordun üç addımlığında

“Atletiko” La Liqanın XIII turunda “Malyorka” ilə qarşılaşıb.

Apasport.az xəbər verir ki, Madrid klubu 1:0 hesablı qələbəni Antuan Qrizmanın qolu ilə qazanıb.

Fransalı hücumçu klubun heyətində 170-ci dəfə fərqlənib. O, bu göstəricidə “Atletiko” tarixinin ikincisi olub.

Antuan 1945-58-ci illərdə 169 qol vuran Adrian Eskuderonu arxada qoyub. Mütləq rekord Luis Araqonesə məxsusdur. O, 1964-74-cü illərdə 173 qol vurub. Qrizman bu rekorddan üç top geri qalır.

Qeyd edək ki, Antuan cari mövsümün 13 matçında 9 dəfə fərqlənib.

writer photo
Əlirza Əlirzalı
0