Yay Olimpiya Oyunlarında Türkiyə üçün tarixi medal
30.07.2024 - 16:57
Yay Olimpiya Oyunlarında Türkiyə üçün tarixi medal

Türkiyəni təmsil edən güllə atıcıları “Paris-2024” Yay Olimpiya Oyunlarında tarixi medal qazanıblar.

Apasport.az xəbər verir ki, Yusuf Dikeç və Şevval İlayda Tarhan cütlüyü 10 metr məsafədən pnevmatik tapança ilə atəşaçma yarışının finalında Serbiyadan olan Zorana Arunoviç və Damir Mikeç tandemi ilə qarşılaşıb. Gərgin və maraqlı keçən görüşdə 16:14 hesabı ilə uduzan türkiyəli atıcılar gümüş mükafata layiq görülüblər. Bu, qardaş ölkənin Olimpiya Oyunlarında iştirakı tarixində atıcılıq üzrə əldə etdiyi ilk medal olub. Türkiyə idmançıları daha əvvəl olimpiadada güləş, ağır atletika, taekvondo, boks, karate, yüngül atletika, cüdo, kamandan oxatma və gimnastika üzrə yarışlarda fəxri kürsüyə qalxıblar.

Qeyd edək ki, Serbiya atıcılarının birinci olduğu bu kateqoriyada Manu Baker və Sarabjot Sinqdən ibarət Hindistan komandası üçüncü yeri tutub.

writer photo
Əlirza Əlirzalı
0