Berezutski “Sabah”ı tərk etdi - RƏSMİ
14.06.2025 - 20:13
Berezutski “Sabah”ı tərk etdi - RƏSMİ

Misli Premyer Liqası təmsilçilərindən "Sabah"da ayrılıq yaşanıb.

Apasport.az xəbər verir ki, klubun baş məşqçisi Vasili Berezutski komandanı tərk edib.

Bu barədə "bayquşlar"ın mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən, müqaviləyə xitam verilib.

Qeyd edək ki, "Sabah" tarixində ilk dəfə Azərbaycan kubokunu mütəxəssisin rəhbərliyi altında qazanmışdı.