U21 yığmamız Bolqarıstanla heç-heçə etdi - YENİLƏNİB
09.09.2025 - 20:39

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ikinci oyununa çıxıb.
Apasport.az xəbər verir ki, B qrupunda yer alan millimiz Bakıda Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Matçda hesabı yığmamız açıb. Lakin qonaqlar bərabərlik topunu vurmağı bacarıb - 1:1.
18:00. Azərbaycan (U-21) - Bolqarıstan (U-21) 1:1
Baş hakim: Florian Lata
Baş hakimin köməkçiləri: Erind Burqu, Reydi Zaimi
Dördüncü hakim: Kreşnik Çyapi
Dalğa Arena
0
0